İsrailin Müdafiə Naziri Yoav Qalant Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyini “Yeni siması olan Həmas” adlandırıb.
Manset.az ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu fikri qurumdakı səfirlərdən ibarət nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Gallant diplomatları əmin edib ki, HƏMAS məhv edilənə və girovlar azad edilənə qədər İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatı davam etdirəcək.
Müdafiə naziri radikal qruplaşma ilə BMT agentliyi arasında davam edən əlaqələr barədə də məlumat verib. Onun sözlərinə görə, UNRWA “Yeni siması olan Həmas”dır.
Bu ay İsrail UNRWA-nın bəzi əməkdaşlarını HƏMAS-ın 7 oktyabrda İsrail yaşayış məntəqələrinə hücumunda əli olmaqda ittiham edib və onların müqavilələrinə xitam vermək qərarına gəlib.
Daha sonra ABŞ, ardından bir neçə başqa ölkə bu iddialara görə UNRWA-nın maliyyələşdirilməsini dayandırıb.
İspaniyanın “El Pais” qəzeti UNRWA-nın maliyyə vəsaitinin yarısını itirdiyi üçün yalnız fevralın sonuna qədər fəaliyyətini davam etdirə biləcəyini yazıb.
Qeyd edək ki, Netanyahu daha əvvəl xəbərdarlıq etmişdi ki, nəyin bahasına olursa olsun Qəzzada girovları azad etməyəcək.
Jalə
Manşet.az