Bayden Ukraynaya bununla bağlı yardım edəcək

18:50 - 01 Fevral 2024

Bayden Ukraynaya bununla bağlı yardım edəcək

ABŞ prezidenti Co Bayden ABŞ Konqresində Ağ Evin iştirakı ilə sərhəd razılaşmasına nail olmağa çalışacağını və bu razılaşmanın Ukraynaya əlavə yardımı açacağını bildirib. 

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.

Həmçinin Bayden bəzi respublikaçıların qeyri-mümkün hesab etdiyi razılaşmanın əldə edilib-edilməyəcəyini soruşduqda, "Görəcəyik, çalışacağam" deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Senatındakı demokrat çoxluğun lideri Çak Şumer bildirmişdi ki, Konqresin yuxarı palatasında amerikalı qanunvericilərin Ukraynaya əlavə yardımın razılaşdırılması və Meksika ilə sərhədin qorunması ilə bağlı razılaşma üzərində işi çox çətin olub.

Keçən həfdə ABŞ Senatı sərhəd məsələsinin mühafizəkarlar tərəfindən kəskin tənqid olunduğu üçün sərhəd məsələsinin ayrılması və Ukraynanın maliyyələşdirilməsi təklifi ilə çıxış edib.

Həmçinin bildirilib ki, ABŞ Konqresindəki Demokrat və Respublikaçılar partiyalarının nümayəndələri Ukraynanın maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər, lakin sazişin bağlanması prosesinə keçmiş prezident Donald Tramp müdaxilə edib.

Bundan əvvəl ABŞ Konqresi Ukraynanın korrupsiyaya görə maliyyələşdirilməsini pisləyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az