ABŞ prezidenti Co Bayden İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq edən yəhudi məskunlaşanlara qarşı sanksiya tətbiq edən prezident fərmanı imzalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Dövlət Departamenti sanksiyalara məruz qalacaq şəxslərin adlarını açıqlayıb.
Açıqlamaya görə, adları David Chai Chasdai, Einan Tanjil, Shalom Zicherman və Yinon Levi kimi təsbit edilən 4 ekstremist yəhudi İordan çayının qərb sahilində zorakılığa başlamaq, Fələstin vətəndaşlarını hədəf almaq və evlərini yandırmaq kimi cinayətlərə görə sanksiya siyahısına daxil edilib.
Sanksiya siyahısına daxil olanlar Amerika maliyyə sistemi daxilində əməliyyatlar apara bilməyəcək, bu ölkəyə viza ala bilməyəcək, onların ABŞ-dakı aktivləri, əgər varsa, dondurulacaq və Amerika vətəndaşlarının bu insanlarla iş görürməsi qadağan ediləcək. .
Bayden müvafiq açıqlamasında İordan çayının qərb sahilində təhlükəsizlik və sabitliyin pozulmaması üçün bu addımı atdıqlarını və bölgədə fələstinlilərə qarşı zorakılıq hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib.
Əfsanə Rəcəb
Manşet.az