İspaniyanın radikal demokratik solçu Podemos partiyası blokadada olan Qəzzaya hücumlarına görə İsraili Eurovision mahnı müsabiqəsindən kənarlaşdırmağa çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniya Parlamentinə də təklif təqdim edən Podemos, İsrailin qovulması üçün İspaniya Parlamenti, İspaniya Xarici İşlər Nazirliyi və İspaniya Dövlət Radio və Televiziya Korporasiyasının (RTVE) təşəbbüs göstərməli olduğunu bildirib.
Podemos lideri İone Belarra mövzu ilə bağlı açıqlamasında, “Fələstin xalqına qarşı soyqırımı dayandırmaq üçün təzyiq tədbiri olaraq İsrailə hər cür beynəlxalq fəaliyyət qadağan edilməli, bütün ölkələr İsrailin “Eurovision”dan çıxarılmasını tələb etməlidir” deyib.
Əfsanə Rəcəb
Manşet.az