Xəbər verdiyimiz kimi, İngiltərənin paytaxtı Londonun cənubunda bir qadın və iki qızına avtomobilində olarkən qələvi maddələrlə hücum edən şəxsin kimliyi məlum olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 30 yaşlarında olan Abdül Şükür Ezedinin daha əvvəl də cinsi təcavüzə görə mühakimə olunduğu ortaya çıxıb.
Dünən axşam saatlarında baş verən hadisədə 5 polis əməkdaşı və kömək etməyə çalışan 4 nəfər də yüngül yaralanıb.
Metropoliten polis rəisi Mark Rouli London BBC Radiosuna bildirib ki, şübhəli şəxs qurbanları tanıyıb və onları hədəf alıb. Rouli narahatlıqları başa düşdüyünü, lakin belə hadisələrin son dərəcə nadir olduğunu söyləyib.
Əfsanə Rəcəb
Manşet.az