Dünyanın ən zəngin adamı İlon Mask Teslanın insanabənzər robotu “Optimus”u fabrikdə gəzdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask bir gün evlərdə insanlara kömək edəcəyinə ümid etdiyi robotun gəzintisinin görüntülərini X sosial media hesabında paylaşıb.
X istifadəçiləri isə robotların dünyanı ələ keçirməsi ilə bağlı narahatlıqlarını zarafatla dilə gətiriblər. Qeyd edək ki, “Optimus” saatda 8 kilometr sürətlə gəzə, 68 kilo qaldıra və 20 kilo daşıya bilir.
Əfsanə Rəcəb
Manşet.az