Star TV-də yayımlanacaq “Yan Oda” serialının çəkilişləri başlamazdan əvvəl aktyor heyətində iki ayrılıq yaşanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur aktrisa Ayda Aksel və Yeşim Ceren Bozoğlu serial başlamadan layihədən çəkilmək qərarına gəliblər.
Çərşənbə axşamı Melek Baykal, Şevval Sam, Caner Cindoruk, Onur Seyit Yaran, Nezaket Erden, Derya Pınar Ak, Nazlı Çetin, Samet Kaan Kuyucu kimi məşhurları bir araya gətirən “Yan Oda” serialının qiraət məşqi keçirilib.
Beləki, "Ailə" serialından “Yan Oda”ya keçən Ayda Aksel yıxılaraq ayağı sınıb və əməliyyatdan sonra istirahətə ehtiyacı olduğu üçün heyəti tərk edib.
İştirak etdiyi layihələrə uğur qazandıran Yeşim Ceren Bozoğlu isə təklif olunan şərtlərlə razılaşa bilmədiyi üçün layihədən çəkilib.
Aksel və Bozoğlu ayrıldıqdan sonra yeni aktyorlarla danışıqlar başlayıb.
Əfsanə Rəcəb
Manşet.az