İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 27 min 131 nəfər həyatını itirib, 66 min 287 nəfər isə yaralanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində 112 nəfərin öldüyünü, 148 nəfərin isə yaralandığını açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az