Ticarət mərkəzində atışan azərbaycanlılardan YENİ XƏBƏR

23:40 - 02 Fevral 2024

Ticarət mərkəzində atışan azərbaycanlılardan YENİ XƏBƏR

Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Qrinviç” ticarət mərkəzində atışma törədən Azərbaycan vətəndaşları Razi Xəlilov və Hüseyn Allahverdiyevi 7 ilə qədər həbs gözləyir.

 

Manset.az  Lent.az-a istinadla bildirir ki, onların işi Leninski rayon Məhkəməsinə verilib.

“Prokurorluq qonşu ölkələrdən olan iki nəfərə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Onlar silahdan istifadə etməklə xuliqanlıqda ittiham olunurlar. Təqsirləndirilənləri 7 ilə qədər həbs gözləyir”, - Sverdlovsk vilayətinin prokurorluğunun açıqlamasında bildirilib.

İstintaqın məlumatına görə, 2023-cü il noyabrın 26-da Xəlilov və Allahverdiyev mübahisə zamanı travmatik tapançalarla bir-birlərinə atəş açıblar. İnsident zamanı ticarət mərkəzinin binasında çoxlu adam olub. Həmin şəxslər saxlanılaraq istintaq təcridxanasına göndərilib. Yanvarın 23-də onların barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az