“Müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz” - Polşa Prezidenti

21:14 - 03 Fevral 2024

“Müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz” - Polşa Prezidenti

“Rusiya işğalçıdır, azad dünya Kiyevə kömək etməlidir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda rəsmi “X” hesabında yazıb:

“Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı mənim hərəkətlərim və mövqeyim ilk gündən məlumdur: Rusiya beynəlxalq hüququ pozur, təcavüzkar və işğalçıdır. Rusiyanın Ukraynaya hücumu və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, o cümlədən Krımı işğal etməsi cinayətdir. Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz. Rusiya imperializmi dayandırılmalı, məğlub edilməli və gələcək üçün bloklanmalıdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az