Türkiyədə helikopter qəzası - 2 pilot öldü

09:21 - 04 Fevral 2024

Türkiyədə helikopter qəzası - 2 pilot öldü

Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.

 

 Manset.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 2 pilot vəfat edib, texniki işçi isə yaralanıb.

Nazir əlavə edib ki, Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az