ABŞ və Böyük Britaniya Yəmənin 13 bölgəsini vurdu

10:05 - 05 Fevral 2024

ABŞ və Böyük Britaniya Yəmənin 13 bölgəsini vurdu

ABŞ və Böyük Britaniya Yəmənin 13 bölgəsində husilərin 36 hədəfinə qarşı hücumlar həyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu badərə ABŞ Müdafiə Nazirliyindən açıqlama verilib.

Açıqlamada husilərin Qırmızı dənizdəki hücumlarına görə hədəf alındığı qeyd edilib.

Bildirilib ki, ABŞ və İngiltərənin Yəmənin 13 fərqli bölgəsində husilərə aid cəmi 36 hədəfi hava hücumları ilə vurduğu və bu hücumlarda husilərin silah anbarları, raket sistemləri və buraxılış sistemləri, hava sistemlər və radarlar hədəfə alınıb.

Digər tərəfdən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndən Qırmızı dənizə atılmağa hazırlaşan husilərə aid 6 gəmi əleyhinə raketin məhv edildiyini açıqlayıb.

CENTCOM-un X sosial media hesabından verilən açıqlamada Qırmızı dənizdə gəmilərə qarşı atılmaq üçün hazırlanan Husilərə məxsus 6 gəmi əleyhinə raketin zərərsizləşdirildiyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az