Çin kosmosa süni intellekt texnologiyası ilə işləyən dünyanın ilk kommersiya “hiper peyki”ni göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Misirin NExSat-1 peykini də daşıyan "Xingshidai-18" (Rongpiao) adlı peyk Tayyüen Peyk Atma Mərkəzi tərəfindən Ağıllı Əjdaha-3 (SD-3) raketi ilə Yangciang sahilindən buraxılıb.
Çinin cənubundakı Quanqdonq əyalətindən yerli vaxtla saat 11.06-da göndərilib.
Guoxing Aerospace Technology Company tərəfindən istehsal olunan "Xingshidai-18" peyki yer orbitinə göndərilən süni intellektlə işləyən ilk kommersiya peyki olub.
Əfsanə Rəcəb
Manşet.az