Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub hissələrini əhatə edən meşə yanğınlarında 112 nəfər həyatını itirib və yüzlərlə insanın itkin düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çili prezidenti Qabriel Boriç ölkədə milli matəm elan edildiyini açıqlayıb.
Yanğınsöndürənlərin alovla mübarizəsinə ordu da dəstək verib. Yanğına havadan da müdaxilə edilib. Yanğın zonalarında axşam saat 9-dan sonra komendant saatı tətbiq edilib.
Səlahiyyətlilər Çilidə 92 yanğının təsirli olduğunu açıqlayıb. Daxili işlər naziri Karolina Toha qeyd edib ki, yanğınsöndürənlər təxminən 40 yanğını nəzarətə götürüb. Toha da bəzi yanğınların qəsdən başladığını düşündüklərini söyləyib.
Qeyd edək ki, Çilidə 2023-cü ilin fevral ayında meşə yanğınları nəticəsində 27 nəfər həlak olmuşdu.
Əfsanə Rəcəb
Manşet.az