2 nəfərin hücumuna məruz qalan musiqiçi həyatını itirdi

15:26 - 05 Fevral 2024

2 nəfərin hücumuna məruz qalan musiqiçi həyatını itirdi

Təpik və şillələrlə hücuma məruz qalan türkiyəli gənc musiqiçi Umut Emre Aytekin həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nişanlısı ilə birlikdə restorana gedən musiqiçi ilə iki şəxs arasında mübahisə düşüb.

Nişanlısına sataşan iki nəfərin hücumuna məruz qalan 36 yaşlı Aytekini nişanlısı Mariya Zeppin xilas etməyə çalışıb. Başından aldığı zərbələr nəticəsində ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Aytəkin bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası ilə qeydə alınıb. Oğlunun ölüm xəbərini aldıqdan sonra infarkt keçirən musiqiçinin atası dəfn mərasimində iştirak edə bilməyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az