“Sihirli Annem” serialındakı rolu ilə yadda qalan Defne Joy Foster vəfatının 13-cü ildönümündə həmkarları tərəfindən yad edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, serialda Fosterin həyat yoldaşını canlandıran Jess Molho "Unudulmadın, darıxdıq” deyib. Aktrisanın qızını canlandıran Cennifer Boyner isə "Bəzi xatirələr heç vaxt unudulmur və biz böyüdükcə bizimlə qalır" ifadələrini işlədib. Cess Molho və Cennifer Boynerin paylaşımları hər kəsi kövrəldib.
Qeyd edək ki, Defne Joy Foster illər əvvəl yayımlanan "Sıhirli Annem" serialındakı Eda obrazı ilə tanınıb. O, 2011-ci ildə astma tutmasından infarkt keçirərək dünyasını dəyişib.
Əfsanə Rəcəb
Manşet.az