Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını AÇIQLADI

18:17 - 05 Fevral 2024

Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını AÇIQLADI

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayır.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Regional Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.

Borrel qeyd edib ki, Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi ardıcıl 13-cü olacaq. Onun çərçivəsində Aİ-nin bir çox təşkilat və şəxslərə məhdudiyyətlər qoyacağı gözlənilir.

Borrell  xarici şirkətlərədə  məhdudiyyətlər tətbiq ediləcəyini bildirib.  Qeyd edib ki,  yeni sanksiyalar paketi təsdiqlənmə mərhələsindədir.

Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Rusiya Federasiyasına qarşı məhdudiyyətlərin müzakirəsi hər ay keçirilir.

Fevralın 5-də Bloomberg mənbələrə istinadən xəbər verib ki, Böyük Yeddiliyə (G7) üzv olan ölkələr fevralın 24-dək öz anti-Rusiya sanksiyalarını hazırlaya bilərlər. Materialın müəllifləri vurğulayıblar ki, onlar Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) başlanmasının ildönümünə qədər yeni məhdudiyyətlər paketi ilə bağlı razılığa gəlməyi planlaşdırırlar.

Daha əvvəl Fransada ucuz qaz xatirinə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıblar.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az