Çilidə davam edən meşə yanğınlarında həyatını itirənlərin sayı artmaqda davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Amerika ölkəsi Çilinin müxtəlif bölgələrində cümə günündən bəri davam edən meşə yanğınlarında qurbanların sayı 123-ə yüksəlib.
Ədliyyə Tibb Təşkilatından verilən açıqlamada bir çox meyitin pis vəziyyətdə olduğu və onların şəxsiyyətini müəyyənləşdirməkdə çətinlik çəkdiyi bildirilib.
Qeyd edək ki, Çilidə 2023-cü ilin fevral ayında meşə yanğınları nəticəsində 27 nəfər həlak olmuşdu.
Əfsanə Rəcəb
Manşet.az