Qazaxıstanda 3 yeni nazir TƏYİNATI OLDU

15:05 - 06 Fevral 2024

Qazaxıstanda 3 yeni nazir TƏYİNATI OLDU

Qazaxıstanda Baş nazir təyinatı təsdiqlənəndən sonra yeni hökumətin üzvləri də təyin edilib.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Murat Nurtleu hər iki vəzifəni - baş nazirin müavini və xarici işlər naziri postlarında saxlanılıb.

“Dövlət başçısının sərəncamı ilə Murat Nurtleu Qazaxıstan Respublikasının Baş nazirinin müavini - xarici işlər naziri təyin edilib”, - rəsmi məlumatda deyilir.

Müdafiə naziri Ruslan Jaksılıkov və daxili işlər naziri Erjan Sadenov da öz vəzifələrini qoruyublar.

Əlixan Smailovun rəhbərlik etdiyi Qazaxıstan hökuməti fevralın 5-də istefa verib, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Fevralın 6-da Oljas Bektenov Qazaxıstan hökumətinin başçısı təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az