" Avropa İttifaqı hərbi yaşda olan ukraynalıları ölkədən çıxarmalıdı" - Polşalı general

18:28 - 06 Fevral 2024

\" Avropa İttifaqı hərbi yaşda olan ukraynalıları ölkədən çıxarmalıdı\" - Polşalı general

Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak Aİ ölkələrinə hərbi yaşda olan Ukrayna vətəndaşlarının ölkədən çıxarılmasını təklif edib.

 

Manset.az-ın məlumatına görə, o, bu barədə TOK FM radiostansiyasında danışıb. 

General  bildirib ki, Varşava, Paris, Praqa  ölkələrinin hökumətləri həmvətənlərinin deportasiyasını həyata keçirmək üçün Kiyevə kömək etməlidir.

Qeyd edək ki, yanvar ayında Ukrayna prezidenti Vladimir Zelenski Davosda keçirilən forumda respublikada hərbi əməliyyatlar aparılarkən ukraynalıların “sadəcə hava ilə nəfəs ala bilməyəcəklərini”  deyib.  Çoxlu sayda hərbi yaşda olan vətəndaşların ölkəni tərk etməsinə dövlət başçısı belə reaksiya verib. O, həmçinin ölkəni tərk edən kişiləri Ukraynaya qayıtmağa və vətənlərinə kömək etməyə çağırıb. Siyasətçi vurğulayıb ki, o, onları cəbhəyə getməyə təşviq etmir, lakin dövlət iqtisadiyyatının da dəstəyə ehtiyacı var.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az