Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak Aİ ölkələrinə hərbi yaşda olan Ukrayna vətəndaşlarının ölkədən çıxarılmasını təklif edib.
Manset.az-ın məlumatına görə, o, bu barədə TOK FM radiostansiyasında danışıb.
General bildirib ki, Varşava, Paris, Praqa ölkələrinin hökumətləri həmvətənlərinin deportasiyasını həyata keçirmək üçün Kiyevə kömək etməlidir.
Qeyd edək ki, yanvar ayında Ukrayna prezidenti Vladimir Zelenski Davosda keçirilən forumda respublikada hərbi əməliyyatlar aparılarkən ukraynalıların “sadəcə hava ilə nəfəs ala bilməyəcəklərini” deyib. Çoxlu sayda hərbi yaşda olan vətəndaşların ölkəni tərk etməsinə dövlət başçısı belə reaksiya verib. O, həmçinin ölkəni tərk edən kişiləri Ukraynaya qayıtmağa və vətənlərinə kömək etməyə çağırıb. Siyasətçi vurğulayıb ki, o, onları cəbhəyə getməyə təşviq etmir, lakin dövlət iqtisadiyyatının da dəstəyə ehtiyacı var.
Jalə
Manşet.az