Yeni epidemiya sürətlə yayılır: Türkiyə sərhədinə çatdı

19:11 - 06 Fevral 2024

Yeni epidemiya sürətlə yayılır: Türkiyə sərhədinə çatdı

Rumıniya, Fransa, İngiltərə və Avstriyada başlayan yeni epidemiya Türkiyə sərhədinə çatıb. Səlahiyyətlilər Yunanıstanda halları artırdıqdan sonra hərəkətə keçib.

 

Manset.az xəbər verir ki, Yunanıstanın Səhiyyə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada Yunanıstanda 2022 və 2023-cü illərdə qızılcaya yoluxma halının qeydə alınmadığı, 2024-cü ildə isə xaricdə əlaqəsi olan iki nəfərdə qızılca virusunun aşkar edildiyi vurğulanıb.

Açıqlamada bildirilib ki, Səhiyyə Nazirliyi Yunanıstanda qızılca virusunun yayılmasının qarşısını almaq üçün əhalinin peyvəndlənməsi üçün xüsusi həkim briqadası yaratmağa qərar verib.

Bəyanatda virusa qarşı ictimaiyyətin maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Yunanınıstan  Avropada artan qızılca virusu təhlükəsinə qarşı tədbir görməyə qərar verib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az