Rumıniya, Fransa, İngiltərə və Avstriyada başlayan yeni epidemiya Türkiyə sərhədinə çatıb. Səlahiyyətlilər Yunanıstanda halları artırdıqdan sonra hərəkətə keçib.
Manset.az xəbər verir ki, Yunanıstanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Yunanıstanda 2022 və 2023-cü illərdə qızılcaya yoluxma halının qeydə alınmadığı, 2024-cü ildə isə xaricdə əlaqəsi olan iki nəfərdə qızılca virusunun aşkar edildiyi vurğulanıb.
Açıqlamada bildirilib ki, Səhiyyə Nazirliyi Yunanıstanda qızılca virusunun yayılmasının qarşısını almaq üçün əhalinin peyvəndlənməsi üçün xüsusi həkim briqadası yaratmağa qərar verib.
Bəyanatda virusa qarşı ictimaiyyətin maarifləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Yunanınıstan Avropada artan qızılca virusu təhlükəsinə qarşı tədbir görməyə qərar verib.
Jalə
Manşet.az