Xaçmazda ağır yol qəzası - 5 yaralı var

12:50 - 18 Fevral 2024

Xaçmazda ağır yol qəzası - 5 yaralı var

Xaçmaz rayonunun Ləcət kəndində “VAZ-2190” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub.

 

Manset az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillərin sürücüləri və sərnişinlər, Bakı şəhər sakinləri: - 1957-ci il təvəllüdlü Əmrahov Nazim Qasım oğlu, qardaşı, 1959-cu il təvəllüdlü Əmrahov Fariz Qasım oğlu, Xaçmaz rayon sakinləri - 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrusoviç, 1997-ci il təvəllüdlü Adilxanov Murad Xanlaroviç və 2001-ci il təvəllüdlü Əhmədxanov Nasir Nərimanoviç müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az