Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı-Əfətli yolunun Eyvazlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Fərrux Cabbarovun idarə etdiyi "Lada Priora" markalı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başladılıb.
Qeyd edək ki, Fərrux Nazim oğlu Cabbarov Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırdı.