Gəncədə 64 yaşlı qadını yük maşını vurdu

22:50 - 29 Fevral 2024

Gəncədə 64 yaşlı qadını yük maşını vurdu

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az  xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

Qadın ağır xəsarət alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az