Gəncədə 2 nəfər dəm qazından zəhərləndi

15:59 - 03 Mart 2024

Gəncədə 2 nəfər dəm qazından zəhərləndi

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə hər iki şəxs yaşadıqları evdə dəm qazında zəhərlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az