Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı

11:52 - 10 Mart 2024

Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı

Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Manst.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında yerləşən “Gözəl Bakı” yaşayış kompleksində 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az