Ağstafada 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

01:30 - 19 İyul 2024

Ağstafada 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Ağstafa rayonunda 60 yaşlı rayon sakinini elektrik cərəyanı vurub.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib. Kənd sakini, Hidayət Tanrıverdiyev yaşadığı evdə elektriklə bağlı iş görüb. Bu zaman ehtiyatsızlıqdan onu cərəyan vurub.

60 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az