Bakının Sabunçu rayonunda ölüm hadisəsi qeydə alınıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 16 yaşlı Mehdi Asif oğlu Əhmədov yaşadığı evdə ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.
Yeniyetmə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.