Dumanlı yolda 6 maşın toqquşdu - FOTOLAR

13:11 - 14 Yanvar 2025

Dumanlı yolda 6 maşın toqquşdu - FOTOLAR

Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 2 “Opel”, 3 “KamAZ” və 1 “Mercedes” markalı maşın toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az