Ailənin 4 üzvü dəm qazından zəhərləndi

09:37 - 20 Yanvar 2025

Ailənin 4 üzvü dəm qazından zəhərləndi

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayon sakinləri - 1965-ci il təvəllüdlü Z.Alıyeva, 1990-cı il təvəllüdlü S.Alıyev, 1993-cü il təvəllüdlü C.Alıyev və 1999-cu il təvəllüdlü A.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az