Bakıda 2 avtomobil toqquşdu - 3 nəfər öldü, sürücü qaçdı

10:00 - 05 Fevral 2025

Bakıda 2 avtomobil toqquşdu - 3 nəfər öldü, sürücü qaçdı

Bakıda ağır yol qəzası olub.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az