Sabiq idarə rəisi həbsdə öldü 

10:11 - 22 Noyabr 2025

Sabiq idarə rəisi həbsdə öldü 

Ləğv olunmuş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin keçmiş rəisi Mahir Əliyev həbsdə vəfat edib.


Manset.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, M.Əliyev 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Daha sonra Mahir Arif oğlu Əliyev Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinib və müvafiq hökmlə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az