Bakıda qəbiristanlıqda kişi meyiti tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
47 yaşlı İqor Mixayloviç İlkovun meyiti qəsəbə ərazisindəki qəbiristanlıqdan tapılıb. Meyitin üzərində zorakılıq əlaməti olmayıb. Məlumata görə, mərhum tüfeyli həyat tərzi keçirirmiş.
Faktla bağlı araşdırma aparılır.