Aeroport yolunda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

10:59 - 04 Dekabr 2025

Aeroport yolunda baş verən qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Paytaxtın Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) görüntülər yayıb.

Hadisə zamanı hərəkətdə olan avtomobil texniki nasazlıq səbəbindən yol kənarında dayanan başqa maşına çırpılıb.

Qurum texniki nasazlıq səbəbindən yolda qalan avtomobil sahiblərinə müraciət edib.

"Texniki nasazlıq yaranarsa, təhlükəsizlik tədbirlərinə mütləq əməl edin:

- Avtomobili dərhal yolun kənarına çəkin;

- Qəza işıq siqnallarını yandırın;

- Nəqliyyat vasitəsinin arxasında azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırın".




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az