Avtomobil 20 başdan çox xırdabuynuzlu heyvanı vurdu

21:52 - 04 Dekabr 2025

Avtomobil 20 başdan çox xırdabuynuzlu heyvanı vurdu

Salyanda yol qəzası zamanı 20 başdan çox xırdabuynuzlu heyvan tələf olub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, Malik Quliyev idarə etdiyi "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən kənd sakini Cəlal Babayevə məxsus 20 başdan çox xırdabuynuzlu heyvanı vuraraq tələf edib.

Hadisə xırdabuynuzluların qəfil yolun hərəkət zolağına çıxması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az