Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21011" markalı minik avtomobili yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində 4 nəfər - Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.