Bakıda avtomobildən 6500 manat oğurlandı

15:43 - 06 Dekabr 2025

Bakıda avtomobildən 6500 manat oğurlandı

Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb.


DİN-dən Manset.az-a verilən xəbərə görə, avtomobil sahibi bu barədə polisə müraciət edib.

    Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.

    Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az