Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
Manset.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)