Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - FOTO

20:51 - 22 Dekabr 2025

Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - FOTO

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzası nəticəsində dünyasını dəyişib.


Manset.az E-huquq.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt–Pirşağı avtomobil yolunda baş verib. Belə ki, hakimin avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub.

Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub və 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az