51 yaşlı kişi iş başında öldü

16:17 - 27 Dekabr 2025

51 yaşlı kişi iş başında öldü

Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Onun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az