Qadın işlədiyi gözəllik salonunda öldü

17:52 - 27 Dekabr 2025

Qadın işlədiyi gözəllik salonunda öldü

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

    İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

    Meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az