Azərbaycanda toy yasa döndü - Ölənlər və yaralılar var 

19:00 - 27 Dekabr 2025

Azərbaycanda toy yasa döndü - Ölənlər və yaralılar var 

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

    Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

    ***

    18:32

    Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

    Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

    İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

    Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

    Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az