Bakı sakini ürək çatışmazlığından avtomobildə dünyasını dəyişib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 20:30-da Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki "Atəşgah dairəsi"ndə baş verib.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəsul Oruc oğlu Əliyevin avtomobildə qəfil ürək çatışmazlığından halı pisləşib. O, yaxınları tərəfindən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun artıq öldüyü məlum olub.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.