Bakıda yanıq xəsarətləri alan kişi öldü

21:50 - 27 Dekabr 2025

Bakıda yanıq xəsarətləri alan kişi öldü

Bakıda yanıq xəsarətləri alan kişi ölüb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində qeydə alınıb.

63 yaşlı Əliquluyev Əli Şirin oğlu elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, dekabrın 27-də dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az