Tərtərda qəza - 3 nəfər xəstəxanalıq oldu 

12:00 - 28 Dekabr 2025

Tərtərda qəza - 3 nəfər xəstəxanalıq oldu 

Tərtərdə iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.


Manset.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub. 

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az