Ağdaşda maşın hasara çırpıldı - Xəsarət alan var

23:00 - 28 Dekabr 2025

Ağdaşda maşın hasara çırpıldı - Xəsarət alan var

Ağdaşda idarəetmədən çıxan minik avtomobilinin hasara çırpılması nəticəsində bir nəfər xəsarət alıb.


Manset.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, hadisə rayonun Maşad kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, rayon sakini Yusif Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az