63 yaşlı qadını maşın vurdu

21:43 - 30 Dekabr 2025

63 yaşlı qadını maşın vurdu

Ucar rayonunda ölümlə nəticələnən qəza baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.

Qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az