Azərbaycanın Lerik rayonuna 1 metrdən çox qar yağıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Lerik rayonunun Loda kəndində qarın hündürlüyü 1 metri keçib. Şiddətli qar səbəbindən yollar bağlanıb, kənddə hərəkət təmamilə dayanıb.
Onu da bildirək ki, Loda kəndində qaz təchizatı yoxdur.